Futbol · APA Sport
"Şəfa" Qvineya millisinin sabiq üzvünü transfer etdi

"Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu son olaraq İsveçrənin "Vintertur" klubunda çıxış edib. Bafode Dansoko peşəkar karyerası ərzində əsasən Belçika və İsveçrə çempionatlarında çıxış edib. O, daha əvvəl Belçikanın "Patro Eysden", "KMSK Deynze" və "La Luvyer", həmçinin Fransanın "Vol-an-Velen" və "Vaskal" komandalarının da formasını geyinib.
Qeyd edək ki, O, Qvineya millisinin heyətində də 3 oyun keçirib.