İdman24
Digər · APA Sport

16 cüdoçumuz Budapeşt Böyük Dəbilqəsində

Sentyabrın 11–13-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə 70 ölkədən 500-dən çox cüdoçunun iştirakı gözlənilir.

Azərbaycanı yarışda aşağıdakı idmançılar təmsil edəcəklər:

Qadınlar 48 kq – Könül Əliyeva 52 kq – Aydan Vəliyeva 70 kq – Südabə Ağayeva +78 kq – Madina Kaisionova

Kişilər 60 kq – Murad Muradlı, Babarəhim Mirzəyev 66 kq – Rəşad Yelkiyev, Nizami İmranov 73 kq – Kamran Süleymanov, Rəşid Məmmədəliyev 81 kq – Hidayət Heydərov, Vüsal Qələndərzadə 90 kq – Vüqar Talıbov 100 kq – Əjdər Bağırov +100 kq – Camal Qamzatxanov, Kənan Nəsibov

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə