İdman24
Futbol · Report İdman

Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 26° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Futbol 22 sentyabr, 2026 14:00 "Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb.

Bu barədə "Report" un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib.

O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandaya hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır.

"UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyimiz ev oyunlarına azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində təqdim olunan biletlərin qısa müddətdə alınması da bunu bir daha göstərir. Dörd ev oyunu üçün biletlərin vahid formada satışa çıxarılmasında əsas məqsəd Çempionlar Liqasında "Sabah"ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandamıza hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır. Dörd qarşılaşmaya giriş imkanı verən biletlərin Çempionlar Liqası səviyyəli oyunlar üçün münasib qiymətə təqdim olunması da məhz azarkeşlərin maraqları nəzərə alınaraq müəyyənləşdirilib".

E.Həmidovun sözlərinə görə, bu satış modeli azarkeşlərin hər oyun öncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir:

"Xüsusi olaraq qeyd edim ki, biletlər tükənməyib. Satış prosesi daha çox azarkeşin bilet əldə edə bilməsi və sistemdə yarana biləcək sıxlığın düzgün idarə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir. Klub olaraq azarkeşlərimizin göstərdiyi böyük marağı yüksək qiymətləndirir və anlayışlarına görə təşəkkür edirik. İnanırıq ki, Çempionlar Liqasının bütün ev oyunlarında tribunaları birlikdə dolduracaq və komandamıza güclü dəstək verəcəyik".

Qeyd edək ki, azarkeşlər bir bilet əldə etməklə komandanın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli"yə (İtaliya) qarşı keçirəcəyi ev qarşılaşmalarını canlı izləyə biləcəklər.

Biletlərin qiyməti 35-285 manat aralığında dəyişir. Alınmış biletlər geri qaytarılmayacaq, dəyişdirilməyəcək və bərpa edilməyəcək.

Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.

Qeyd edək ki, "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif İdman Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано В "Сабахе" объяснили новую модель продажи билетов на игры Лиги чемпионов УЕФА USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 26° C Son xəbərlər 14:53 Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir Digər ölkələr 14:51 Milli Məclis azad edilmiş ərazilərdə gənclər və idman sahəsində maarifləndirmə tədbirləri keçirəcək Milli Məclis 14:44 Foto Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub Fərdi 14:43 Zakir İbrahimov: "AzerGold" Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamətdə irəliləyəcək" Sənaye 14:41 "AzerGold": Dağ-mədən sənayesində 4 əsas strateji layihəyə 3,6 milyard manat investisiya qoyulacaq Sənaye 14:38 Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq Sənaye 14:36 İqtisadiyyat naziri: "Yanaşmamız xammalı daha çox emal etməkdir" Sənaye 14:34 Zakir İbrahimov: "Hədəfimiz dağ-mədən sənayesində dəyər zəncirini xeyli dərəcədə genişləndirməkdir" Sənaye 14:32 Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə