İdman24
Basketbol · Report İdman

Turqay Zeytingöz: "Maliyyələşdirmə modelində məqsəd Azərbaycan basketbolunun inkişafını sürətləndirməkdir"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 22° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Turqay Zeytingöz: "Maliyyələşdirmə modelində məqsəd Azərbaycan basketbolunun inkişafını sürətləndirməkdir" Komanda 02 oktyabr, 2026 11:32 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Basketbol Liqasında (ABL) tətbiq olunan yeni maliyyələşdirmə modelində əsas məqsəd ölkədə basketbolun inkişafını sürətləndirməkdir.

Bu barədə "Report" a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz deyib.

O, 2026/2027 mövsümündən etibarən ABL-də idarəetmə və inkişaf yanaşmasının dəyişməsi ilə bağlı fikirlərini bölüşüb:

"Burada məqsəd Azərbaycan basketolunun inkişafını sürətləndirmək, tribunalara azarkeş cəlb etməkdir. Klublara daha əvvəl ətraflı məlumatlar verilib. Ümid edirəm ki, bu mövsüm daha səviyyəli çempionat izləyəcəyik. Bütün dünyada olduğu kimi, Azərbaycan Basketbol Federasiyası da klublara maddi dəstək göstərməyə çalışır. Bu, Azərbaycan Basketbol Liqası və ikinci liqadakı klublara da aiddir. Daha əvvəl bütün klublara eyni, çempion komandaya isə daha fərqli məbləğ verilirdi. Bu mövsümdən etibarən Azərbaycanda basketbolun daha da inkişaf etməsi üçün idarəetmə və inkişaf yanaşması dəyişib".

T.Zeytingöz klubların daha yaxşı heyət qura biləcəyini də vurğulayıb:

"Klublar daha yaxşı heyət qura və azarkeşlərə diqqət ayıra bilərlər. ABL-də yeni mövsümə başlayan bütün klublar şərtsiz olaraq 300 min manat alacaqlar. Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub hər matç üçün 3 min manat qazanacaq. Burada məqsəd klubların təşkilatçılıq işlərinə də önəm verməsidir. İlk turda "Sabah" və "LANDAU Lions" komandaları üz-üzə gəldilər. Onlar artıq azarkeşlərə görə 3 min manatlıq bonusu qazanıblar. Klubların yaxşı komanda qurması üçün qələbə bonusu da ayırmışıq. Hər qalibiyyətə görə 10 min manat veriləcək. Çempion 1.4 milyon manat, ikinci yeri tutan kollektiv isə 700 min manat qazanacaq".

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:39 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq Ekologiya 12:39 Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək Futbol 12:38 Bir ay ərzində özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər tutulub Hadisə 12:36 Ötən ay dövlət sərhədində axtarışda olan 324 nəfər saxlanılıb Hadisə 12:35 AMADA rəsmisi Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib İdman 12:34 Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb Hadisə 12:33 Ötən ay dövlət sərhədini pozan 16 əcnəbi saxlanılıb Hadisə 12:32 Hidayət Əzimov: Son 9-10 ayda 100-ə yaxın gənc mühəndis müdafiə sənayesi sahəsinə cəlb edilib Hərbi 12:31 Azərbaycanda ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə