Futbol · APA Sport
PSJ “Ayaks”ın gənc ulduzunu transfer etdi

PSJ “Ayaks”ın 21 yaşlı cinah hücumçusu Mika Qodtsu transfer edib.
Apasport.az xəbər verir ki, belçikalı futbolçu Paris təmsilçisi ilə 2031-ci ilədək müqavilə imzalayıb.
Qodts keçidlə bağlı klubun rəsmi saytına açıqlamasında PSJ kimi dünyanın ən yaxşı klublarından birinə qoşulduğu üçün qürur duyduğunu bildirib:
“Dünyanın ən yaxşı klublarından birinə qoşulduğum üçün inanılmaz dərəcədə qürurluyam. Bu formanı geyinmək, “Park de Prens”də azarkeşlərin yaratdığı atmosferi hiss etmək üçün səbirsizlənirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün meydanda bütün gücümü ortaya qoyacağam”.
Qeyd edək ki, Qodts ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə edib.