İdman24
Şahmat · APA Sport

FIDE prezidenti Bakıya səfər edib - FOTO

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.

Apasport.az xəbər verir ki, səfər çərçivəsində Turlov Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla görüşüb.

Tərəflər Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi və FIDE ilə AŞF arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, ötən ay Timur Turlov FIDE prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə qurumun vitse-prezidenti seçilib.

Orijinal mənbə

İdman24 əsas səhifə