Futbol · APA Sport
Messidən daha bir rekord - Ardıcıl 7-ci DÇ matçında qol vurdu

Lionel Messi DÇ tarixində daha bir rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Argentina millisinin kapitanı ardıcıl 7 dünya çempionatı matçında qol vuran ilk futbolçu olub.
Messinin qol vurduğu son 7 oyun:
DÇ-2022: Avstraliya, Niderland, Xorvatiya, Fransa
DÇ-2026: Əlcəzair, Avstriya, İordaniya
Qeyd edək ki, Messidən əvvəl bu rekordu 6 ardıcıl dünya çempionatı matçında qol vuran iki futbolçu – Fransa millisinin sabiq hücumçusu Jüst Fonten (1958) və Braziliya əfsanəsi Jairzinyo (1970) bölüşürdü. Argentina millisinin kapitanı İordaniya ilə oyunda fərqlənərək seriyanı 7 matça çatdırıb və bu göstəricidə tək rekordçu olub.