Döyüş İdmanı · APA Sport
Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub

Xorvatiyanın Poreç şəhərində keçiriləcək boks üzrə U-23 Avropa çempionatının püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionatın qaliblərinin adına noyabrın 24-də aydınlıq gələcək
Bilalhəbaşi Nəzərov – Katalin Turku (Moldova)
Zidan Hümbətov – Badreddin Burauia (İtaliya)
Məhəmmədəli Aşırəliyev – Georgios Pleas (Yunanıstan)
Əli Abdullayev – Artur Kuzmenko (Ukrayna)
Nicat Alırzayev – İdriss Əhməd Xlifi (Belçika)
Abbasqulu Şadlinski – Arşak Bablumyan (Ermənistan) / Mixal Pejxala (Polşa) cütünün qalibi
Səbuhi Əlizadə – İşxan Hovsepyan (Ermənistan)