İdman24
Digər · APA Sport

Yığmamız beynəlxalq turnirdə çıxış edəcək

25–26 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Adilə Niftaliyeva, Sadiq Nəzirov və Yusif Nəsirli mübarizə aparacaqlar.

Bu turnir hər üç idmançının ilk beynəlxalq yarış təcrübəsi olacaq.

Qeyd edək ki, adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.

Orijinal mənbə

İdman24 əsas səhifə