Elgiz Kərəmli: "Bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz"

İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi Bakı 10° C USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Elgiz Kərəmli: "Bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz" Futbol 18 noyabr, 2026 17:16 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa çempionatının seçmə mərhələsində bir qələbənin bütün problemləri həll etdiyini düşünmək düzgün deyil.
Bunu "Report" a açıqlamasında Azərbaycanın U-19 yığmasının baş məşqçisi Elgiz Kərəmli deyib.
Mütəxəssis seçmə mərhələnin II raundunda qarşılaşdıqları Monteneqro və Serbiya ilə matçlardakı çatışmazlıqlara toxunub:
"İlk növbədə, nəticələrin qənaətbəxş olmadığını qəbul etməliyik. Xüsusilə Monteneqro ilə oyunda buraxdığımız qolların sayı müdafiə təşkilatçılığında və fərdi qərarvermədə problemlərimizin olduğunu göstərdi. Serbiya və Monteneqro kimi rəqiblərlə müqayisədə fiziki hazırlıq və oyun tempi baxımından fərqlər də hiss olunurdu. Əsas məsələ bu fərqləri görmək, təhlil etmək və aradan qaldırmaqdır".
Baş məşqçi hücum oyunu və rəqib təzyiqinə qarşı çıxış barədə danışıb:
"Monteneqro ilə oyunda iki qol vurmağımız hücum potensialımızın müəyyən elementlərini göstərdi. Serbiya ilə qarşılaşmada isə rəqibin təzyiqi altında hücumda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bizim üçün əsas məsələ yalnız qol vurmaq deyil, rəqibin təzyiqinə baxmayaraq öz oyun prinsiplərimizi qorumaq, düzgün qərarlar vermək və oyunun müxtəlif mərhələlərində rəqabət aparmaqdır. Bu istiqamətdə hələ ciddi inkişaf etməliyik".
E.Kərəmli ardıcıl məğlubiyyətlərdən sonra Farer adaları ilə matça hazırlıq prosesini dəyərləndirib:
"Ardıcıl iki böyükhesablı məğlubiyyətin futbolçulara psixoloji təsir etməsi təbiidir. Belə vəziyyətdə məşqçi heyətinin əsas vəzifəsi futbolçuların özünəinamını qorumaq və onları növbəti oyuna düzgün hazırlamaqdır. Futbolçulara izah etdik ki, hər bir oyun yeni bir imkandır və meydanda komanda olaraq düzgün reaksiya vermək lazımdır. Farer adaları ilə görüş bizim üçün təkcə turniri xalla başa vurmaq imkanı deyildi. Həm də əvvəlki nəticələrdən sonra kollektivin xarakterini, toparlanmaq bacarığını və mübarizə əzmini göstərmək baxımından vacib idi".
O, son qarşılaşmadakı taktiki dəyişikliklərə və qələbəyə münasibət bildirib:
"İlk iki oyunun təhlilindən sonra həm oyunçuların funksional vəziyyətini, həm də rəqibin oyun xüsusiyyətlərini nəzərə alaraq bəzi taktiki və heyət dəyişikliklərinə getdik. Futbolçular tapşırıqları daha intizamlı yerinə yetirdilər. 2:0 hesablı qələbə bizim üçün müsbət nəticədir. Ən vacibi isə komandanın əvvəlki məğlubiyyətlərdən sonra düzgün reaksiya göstərməsi və oyunun sonuna qədər mübarizə aparması idi. Bununla belə, bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz. Üzərində dayanılası və inkişaf etdirilməsi vacib olan çox istiqamət var".
U-19-un çalışdırıcısı gələcək planlardan söz açıb:
"Bu oyunlar bizə bir daha göstərdi ki, beynəlxalq səviyyədə rəqabət aparmaq üçün futbolçularımızın bir sıra istiqamətlərdə inkişafına ehtiyac var. İlk növbədə, oyun tempi, fiziki hazırlıq, fərdi mübarizələrdə davamlılıq, yüksək təzyiq altında düzgün qərarvermə və bir çox komponent üzərində daha çox işləməliyik. Digər mühüm məqam futbolçuların yerli çempionatda aldığı oyun təcrübəsidir. Beynəlxalq matçlarda tələb olunan intensivlik və rəqabət səviyyəsinə hazır olmaq üçün oyunçuların gündəlik məşq və yarış mühitinin də bu tələblərə uyğun inkişaf etməsi vacibdir. Əsas məqsədimiz bu təcrübədən düzgün nəticə çıxarmaq və növbəti mərhələlərdə daha rəqabətədavamlı komanda formalaşdırmaqdır".
Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunan Avropa çempionatının II raundunda Azərbaycan millisi Monteneqroya 2:7, Serbiyaya 0:4 hesabı ilə uduzub. Komanda qrupdakı son görüşdə Farer adalarını 2:0 hesabı ilə məğlub edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 10° C Son xəbərlər 23:40 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub - Yenilənib Xarici siyasət 23:34 Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb Digər ölkələr 23:03 Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib Region 22:48 FIBA Avropa Kuboku: "Neftçi" Latviya klubu ilə matçda məğlubiyyətlə üzləşib Komanda 22:48 Hondurasda silahlı hücumlar nəticəsində azı 12 nəfər həlak olub Digər ölkələr 22:42 Foto Fərid Qayıbov "Eurosport" rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib Fərdi 22:27 ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - Yenilənib Digər ölkələr 22:15 ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir Digər ölkələr 22:06 Foto Azərbaycanın dörd boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.