Famil Xəlilov: "U-15 dünya çempionatı və festivalında sürpriz nəticələr ola bilər" – Müsahibə

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Famil Xəlilov: "U-15 dünya çempionatı və festivalında sürpriz nəticələr ola bilər" – Müsahibə Futbol 22 oktyabr, 2026 12:09 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycanın U-15 milli komandasının baş məşqçisi Famil Xəlilov "Report" a müsahibə verib. Mütəxəssis komandanın hazırlığından və hədəflərindən danışıb. O, həmçinin rəqiblər və yarışın favoritləri haqqında fikirlərini bölüşüb.
- Heyətə 14 futbolçu dəvət olunub və dörd klubun ("Neftçi", "Qarabağ", "Sabah", "Ulduz FA") yetirmələrinə üstünlük verilib. Seçim prosesində əsas meyarlar nə oldu? Komandanın ümumi hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Seçim zamanı futbolçuların oyun keyfiyyətinə, qərarvermə bacarığına, intizamına və komandaya faydasına diqqət yetirdik. Hazırlıq prosesi plan üzrə davam edir və məqsədimiz turnirə ən yaxşı şəkildə hazır olmaqdır.
- Yeniyetmə futbolçuların belə böyük turnir öncəsi psixoloji təzyiqi dəf etməsi və oyunlara tam hazır olması üçün hansı xüsusi işlər görülüb?
- Futbolçularla söhbətlər aparırıq, onlara özlərinə inanmağı və məsuliyyəti düzgün qəbul etməyi aşılayırıq. İstəyirik ki, turnirin əhəmiyyətini başa düşsünlər. Eyni zamanda əlavə təzyiq hiss etmədən öz oyunlarını göstərə bilsinlər.
- Qrupda fərqli qitələri və futbol məktəblərini təmsil edən rəqiblər - Timor-Leste, Andorra, Avstraliya, İsrail və Haiti ilə qarşılaşacaqsınız. Rəqiblər haqqında kifayət qədər məlumat toplaya bilmisiniz?
- Mümkün qədər məlumat toplamağa çalışmışıq. Ancaq bu format ilk dəfə tətbiq olunduğu üçün rəqiblər haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Buna görə də əsas diqqəti öz hazırlığımıza və oyun prinsiplərimizə yönəltmişik.
- Sizcə, U-15 dünya çempionatının favoriti hansı komandadır?
- Hazırda konkret bir komandanı favorit göstərmək çətindir. Bu format yeni olduğu üçün komandaların imkanlarını əvvəldən dəqiq qiymətləndirmək asan deyil. Düşünürəm ki, turnirdə sürpriz nəticələr də ola bilər.
- Oktyabrın 25-də və 26-da komandanız gün ərzində iki matç keçirəcək. Bu cür sıx qrafikdə oyunçuların fiziki bərpasını və əvəzetmələri necə tənzimləməyi planlaşdırırsınız?
- Belə sıx qrafikdə futbolçuların bərpası və düzgün rotasiya çox vacibdir. Fiziki vəziyyətlərini nəzərə alaraq oyun yükünü bölüşdürəcəyik. Ehtiyac olduqda heyətdə dəyişikliklər edəcəyik.
- Millinin ilk matçı Bakı Kristal Zalında, növbəti görüşlər isə Hövsan Yarış Kompleksində baş tutacaq. Bakıda, doğma azarkeşlər önündə çıxış etmək futbolçularda əlavə motivasiya yaradır, yoxsa təzyiq hiss olunur?
- Düşünürəm ki, bu, futbolçularımız üçün əlavə motivasiyadır. Doğma azarkeşlər önündə dünya çempionatında oynamaq böyük fürsətdir. İstəyirik ki, bu dəstəyi təzyiq deyil, əlavə güc kimi qəbul etsinlər.
- 189 ölkənin iştirak edəcəyi və 1000-ə yaxın oyunun planlaşdırıldığı yarışda əsas hədəf nədir?
- Əsas məqsəd ölkəmizi layiqincə təmsil etmək və hər oyunda maksimum mübarizə aparmaqdır. Əlbəttə, yaxşı nəticə qazanmaq istəyirik. Bunun üçün futbolçularımızdan meydanda əllərindən gələni etmələrini gözləyirik.
- Oyunçuların beynəlxalq təcrübə toplaması və gələcəkdə əsas millilərə cəlb edilməsi baxımından yarışın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bu turnir futbolçularımızın inkişafı üçün böyük fürsətdir. Onlar beynəlxalq təcrübə qazanacaq, fərqli futbol məktəbləri ilə qarşılaşacaq və özlərini daha yaxşı tanıyacaqlar. İnanıram ki, bu təcrübə gələcəkdə əsas milliyə gedən yolda onlara kömək edəcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:34 Si Cinpin: Çin müasir dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoyub Digər ölkələr 12:33 Almaniya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək Hadisə 12:32 İlham Kərimov: "Nəticəəsaslı büdcə mexanizminin tətbiqi genişləndirilir" Maliyyə 12:30 Hesablama Palatası audit fəaliyyətində süni intellekdən istifadə edə bilər Maliyyə 12:27 Azərbaycanın 2060-cı ilə qədər enerji sektorunda fəaliyyətlər üzrə yol xəritəsi hazırlanıb Energetika 12:27 "PHP" proqramlaşdırma dilində kritik təhlükəsizlik boşluqları aşkarlanıb İKT 12:24 Azərbaycan Premyer Liqası: "Sabah" - "Qarabağ" matçının hakimləri müəyyənləşib Futbol 12:24 Hesablama Palatası performans auditi əsasında dövlət sektorunda boşluqları müəyyən edib Maliyyə 12:24 İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.