Digər · APA Sport
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırıb

"Trabzonspor"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Fatih Tekke postunu tərk edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, 48 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Fatih Tekke 2025-ci ildən "Trabzonspor"u çalışdırırdı.