Ərdoğan: Qarabağda dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixarıdır

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 15° C USD - 1.700 EUR - 1.855 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Ərdoğan: Qarabağda dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur Region 24 noyabr, 2026 12:49 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qurur mənbəyidir.
"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
Türkiyə dövlət başçısı müraciətində qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələri güclənəcək, həm də Türkiyə ilə Türk dünyası arasında yeni bir bağlantı imkanı yaranacaq:
"Qarabağın zəfər sevincini birlikdə yaşadığımız kimi, Qafqazda sülh və rifah üçün də eyni qərarlılıqla çalışacağıq. Türkiyə tarix boyunca Qafqaz bölgəsinin acılarını da, sevincini də paylaşdı. Ortaq tariximizdən aldığımız güclə gələcək nəsillərə sülh və sabitlik mühitinin bərqarar olduğu regionu təhvil vermək istəyirik".
Rəcəb Tayyib Ərdoğan həmçinin Prezident İlham Əliyev ilə "Bir millət, iki dövlət" anlayışı əsasında imzalanan Şuşa Bəyannaməsi sayəsində iki ölkə arasındaki əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini də vurğulayıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Kopyalandı Эрдоган: Развевающийся в Карабахе азербайджанский флаг - источник гордости и для Турции Erdogan: Azerbaijani flag flying in Garabagh - source of pride for Türkiye --> --> --> --> --> USD - 1.700 EUR - 1.855 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 13:41 "Vahid Neytral Gürcüstan" Aİ-yə üzvlük məsələsində milli maraqların nəzərə alınmasını vacib sayır Region 13:40 Milli Məclis məhkəmə eksperti olmaq istəyən şəxslərin ixtisas uyğunluğu tələbini ilk oxunuşda qəbul edib Daxili siyasət 13:40 Bakıda dayanıqlı cəmiyyətin formalaşmasında qadınların rolu müzakirə edilib Sosial müdafiə 13:40 "Equinor" Almaniya şirkəti ilə qaz tədarükünə dair 18 illik müqavilə bağlayıb Energetika 13:29 "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib Milli Məclis 13:27 Serbiyada məktəbdə şagird atışma törədib, yaralananlar var Digər ölkələr 13:21 Nazim Süleymanov: "Sabah" "Barselona" ilə oyunda sürpriz edə bilər" Futbol 13:01 Tomas Kayris: "Azərbaycan EBRD üçün ən mühüm əməliyyat ölkəsi olaraq qalır" - Eksklüziv Maliyyə 12:58 Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.