Digər · APA Sport
Millimizin yekun heyəti bəlli olub

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdəki təlim-məşq toplanışının ikinci mərhələsi üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, komanda sentyabrın 24-dən oktyabrın 6-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.
U-20 millisi hazırlıq zamanı oktyabrın 3-də Moldovanın (18:00), 6-da isə Yaponiyanın (16:00) müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.