İdman24
Basketbol · Report İdman

Suriyada silah-sursat anbarında partlayışlar baş verib

İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 24° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Suriyada baş verən partlayışlar nəticəsində dörd nəfər xəsarət alıb - YENİLƏNİB Digər ölkələr 21 sentyabr, 2026 10:23 Suriyanın Hələb şəhərinin cənub hissəsində, Əl-Eysdən qərbdə yerləşən Əl-Hədəbə ərazisində baş verən partlayışlar nəticəsində dörd nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, partlayış şəhərin yaxınlığında yerləşən və Suriya Ərəb Ordusuna məxsus obyektdə baş verib. Hadisənin təfərrüatları araşdırılır.

Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsinin Hələb üzrə əməliyyatlar komandanı Faysal Məhəmməd Əli bildirib ki, partlayışlar təcili yardım briqadalarının və xilasedicilərin hadisə yerinə daxil olmasına mane olub.

Daha sonra əraziyə mülki müdafiə dəstələri cəlb olunub və dörd yaralını təxliyə ediblər. Digər bölmələr yaxınlıqdakı evlərin sakinlərini təxliyə edib.

Ehtiyat tədbiri olaraq, Hələbin daxili təhlükəsizlik qüvvələri şəxsi heyəti yüksək hazırlıq vəziyyətinə gətirib, Hələb-Dəməşq magistral yolunu, eləcə də hadisə yerinə gedən yolları bağlayıblar.

Hələb qubernatoru Əzzam əl-Qərib sakinləri hadisə yerinə yaxınlaşmaqdan çəkinməyə çağırıb.

Hələb vilayətinin cənubunda, Əl-Əys yaşayış məntəqəsi yaxınlığında Suriya ordusunun obyektlərindən birinin ərazisində yerləşən silah-sursat anbarında partlayışlar baş verib.

"Report" un məlumatına görə, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Obyektdə əvvəlcə güclü, ardınca bir sıra digər partlayışlar qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, hadisə Suriyanın Müdafiə Nazirliyinə məxsus silah-sursat anbarında olub.

Davam edən partlayışlar xilasetmə və yanğınsöndürmə briqadalarının hadisə yerinə yaxınlaşmasına mane olur. Təhlükənin davam etməsi səbəbindən sakinlərə partlayışların baş verdiyi əraziyə yaxınlaşmamaq çağırışı edilib.

Hadisənin səbəbləri, eləcə də ölən və yaralananların sayı barədə hələlik məlumat daxil olmayıb.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано В Сирии четыре человека пострадали в результате взрывов на юге Алеппо - ОБНОВЛЕНО USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:07 Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb Energetika 14:03 İrlandiya "Google"u 403 milyon avro cərimələyib Digər ölkələr 13:49 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Digər 13:45 "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar Futbol 13:32 Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb Fərdi 13:24 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib İnfrastruktur 13:21 Foto Video Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Hərbi 13:18 Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb Hadisə 13:16 "Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə