Döyüş İdmanı · APA Sport
Nihad Süleymanlı 1/4 finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 finalda məğlub olub.
Apasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı Türkiyə təmsilçisi Volkan Bilginə 6:10 hesabı ilə uduzub.
Süleymanlı 1/8 final mərhələsində Qırğızıstan güləşçisi Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.