İdman24
Futbol · Report İdman

Tbilisidə Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 14° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Tbilisidə Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib Region 06 noyabr, 2026 20:04 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Tbilisidə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib.

"Report" un Gürcüstan bürosu xəbər verir ki, tamaşa Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə "Era Teatrı" tərəfindən hazırlanıb.

Səhnə əsərində Gürcüstanda yaşayan gənc soydaşlar 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğal altında olan torpaqların, o cümlədən Şuşanın azad edilməsi uğrunda keçdiyi çətin və şərəfli yolu canlandırıblar. Müharibənin gərginliyi, hərbçilərin yaşadığı psixoloji sarsıntılar və Zəfərə aparan yol aktyor oyunu və səhnə quruluşu vasitəsilə tamaşaçılara təqdim olunub.

Tamaşanın müəllifi və quruluşçu rejissoru, "Era Teatrı"nın bədii rəhbəri Anar Rafiqoğlu "Report"un yerli bürosuna bildirib ki, layihənin təşəbbüsü Azərbaycanın Gürcüstandakı Səfirliyi tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, "Koordinat 44" teatrın sayca onuncu tamaşası, Zəfər və Anım günlərinə həsr olunan üçüncü səhnə əsəridir.

A.Rafiqoğlu tamaşanın əsas məqsədinin tamaşaçılarda milli ruh, qürur və Vətən sevgisi hisslərini gücləndirmək olduğunu vurğulayıb.

Tamaşada Altay obrazını canlandıran aktyor Elnur Vəlizadə isə rol üzərində işləyərkən müharibənin psixoloji gərginliyini dərindən hiss etdiyini söyləyib. O bildirib ki, obrazın yaşantıları, xüsusilə final monoloqu onun üçün emosional baxımdan ağır olub.

E.Vəlizadənin sözlərinə görə, tamaşa vasitəsilə torpaqlarımız uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirən qazilərin fədakarlığını səhnə dili ilə tamaşaçılara çatdırmağa çalışırlar.

Tamaşanın premyerasını şəhid ailələrinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstan Parlamentinin üzvləri, Gürcüstanda yaşayan soydaşlar və ictimaiyyət nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan, Türkiyə və Qazaxıstanın hərbi attaşeləri, Azərbaycanın Vətən müharibəsi iştirakçıları izləyib.

Qeyd edək ki, premyera noyabrın 6-da Tbilisidə Vaxtanq Salaridze adına Konsert Zalında keçirilib.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Ruslan Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto В Тбилиси состоялась премьера спектакля "Координата 44" Foto Coordinate 44 premiered in Tbilisi --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 14° C Son xəbərlər 21:26 ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb Digər ölkələr 21:16 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Xarici siyasət 21:12 Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib Digər ölkələr 20:59 Foto Fərid Qayıbov Şuşada vətəndaşları qəbul edib Daxili siyasət 20:49 "Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib Digər ölkələr 20:46 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Futbol 20:37 Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək Digər ölkələr 20:27 Video Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Daxili siyasət 20:24 Viktor Osimhen zədə səbəbindən bir müddət "Qalatasaray"a kömək edə bilməyəcək Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə