İdman24
Futbol · APA Sport

UEFA reytinqi: Azərbaycan mövqeyini möhkəmləndirdi

Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib.

Apasport.az xəbər verir ki, bu, "Sabah", "Qarabağ" və "Zirə"nin avrokuboklardakı səfər qələbələri sayəsində mümkün olub.

"Sabah" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Uels TNS-inə 2:1, "Qarabağ" Avropa Liqasında İslandiya "Vestri"sinə, "Zirə" isə Gürcüstanın "Torpedo Kutaisi" komandasına 3:0 hesabı ilə qalib gəlib.

Nəticədə Azərbaycanın aktivinə daha 0,750 xal, cari mövsümdə isə ümumilikdə 1,500 xal yazılıb. Bununla da ölkənin son 5 mövsümdəki xalları 20,062-yə çatıb.

Hazırda Azərbaycan 26-cı pillədə qərarlaşsa da, özündən bir pillə irəlidəki İsraildən cəmi 0,688 xal geridədir.

Növbəti pillələrə gəldikdə, Bolqarıstan xalını 18,562-yə çatdırıb və 27-ci mövqeyə yüksəlib. Əvəzində Slovakiya 18,500 xalla 28-ci yerə enib.

Orijinal mənbə

İdman24 əsas səhifə