İdman24
Digər · APA Sport

“Sumqayıt” “Qəbələ”yə qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında VII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçı Sumqayıtda keçiriləcək.

Şəhərin eyniadlı komandası doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

Hazırda 2 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan ev sahibləri bu görüşdə qələbə qazanaraq mövqesini yaxşılaşdırmağa çalışacaq.

Aktivində 4 xal olan “Qəbələ” isə səfərdən sərfəli nəticə ilə qayıtmağı hədəfləyir.

Görüşə saat 19:30-da start veriləcək.

19:30. "Sumqayıt" – "Qəbələ" “SOCAR Polymer Arena”

Orijinal mənbə

İdman24 əsas səhifə