Digər · APA Sport
“Antalyaspor”da yeni baş məşqçi: Bülent Korkmaz qayıtdı

“Antalyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Türkiyə klubu komandanı Bülent Korkmaza həvalə edib.
Bu barədə klub rəsmi məlumat yayıb. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Antalya təmsilçisi 2025/26 mövsümünü 16-cı pillədə başa vuraraq Super Liqanı tərk edib. Klub yeni mövsümdə I Liqada mübarizə aparacaq.
Qeyd edək ki, Bülent Korkmaz 2018-2019-cu ildə də “Antalyaspor”u çalışdırıb. Mütəxəssisin əsas hədəfi komandanı yenidən Super Liqaya qaytarmaq olacaq.