İdman24
Basketbol · Report İdman

Bedri Meriç: "Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü daha həyəcanlı keçəcək"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 22° C USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Bedri Meriç: "Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü daha həyəcanlı keçəcək" Komanda 30 sentyabr, 2026 18:35 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü daha həyəcanlı keçəcək.

Bunu "Report" a açıqlamasında Azərbaycanın basketbol üzrə aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandalarının koordinatoru və baş məşqçisi Bedri Meriç deyib.

Mütəxəssis bu gün start götürəcək Azərbaycan Basketbol Liqasının yeni mövsümünü dəyərləndirib:

"4 komandamız avrokuboklarda mübarizə aparacaq. Həmin klubların Avropadakı çıxışları ölkə çempionatlarındakı matçlarına da müsbət mənada təsir edəcək. "Sabah" kollektivini xüsusi qeyd etmək istərdim. Həm büdcəsi, həm də heyəti ilə yeni mövsümün favoriti kimi görünür. Lakin düşünürəm ki, "Sabah"ın əsas hədəfi təkcə Azərbaycan Basketbol Liqasının qalibi olmaq deyil, həm də avrokubokda mümkün qədər çox irəliləməkdir. Çünki bu heyət və büdcə dediyimiz uğuru qazanmağa imkan verir".

B.Meriç "LANDAU Lions"un da uğurlu çıxış edə biləcəyini vurğulayıb:

"Bu mövsüm onların "Sabah"a çətinlik yaşadacağını düşünmək olar. "Neftçi" və "Ordu" kollektivləri də üst pillələrdə yer almaq üçün çalışacaqlar. "Naxçıvan"ın isə cari mövsümdə sürpriz edə biləcəyini düşünürəm. Çünki yığmanın kapitanı Amil Həmzəyevin bu komandada yer alması kollektivin gücünə güc qata bilər. "Sumqayıt" kollektivi daha əvvəllər çempionatda çalışmış baş məşqçi Uğur Koçla anlaşıb. Onların da yaxşı mübarizə aparacağını düşünürəm".

Türkiyəli mütəxəssis gənc və yerli oyunçuların ölkə çempionatlarında meydana çıxmasının vacibliyini vurğulayıb:

"Bizim üçün önəmli nüanslardan biri odur ki, komandaların heyətində yer alan gənc, yerli oyunçular milliyə cəlb olunmaq səviyyəsində özlərini göstərə bilsinlər. Potensialı yüksək olan gənclərin ölkə çempionatının oyunlarında meydana çıxmaları bizim üçün vacib məqamlardandır".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümünə bu gün, saat 19:30-da "Sabah" - "LANDAU Lions" matçı ilə start veriləcək.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 19:44 Hesablama Palatası 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin təhlilini müzakirə edib Maliyyə 19:38 "Birliyin Gücü – 2026": Hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar Hərbi 19:33 Foto Naxçıvan-Sədərək yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb Hadisə 19:30 Özbəkistanın EAS şirkəti SOCAR üçün dron əleyhinə sistemlərin quraşdırılması üzrə danışıqlar aparacaq Energetika 19:28 Həsənzadə: ABŞ SEPAH və "Bəsic" qərargahlarına hücumla heç nəyə nail olmayıb Region 19:23 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik" Futbol 19:22 Foto Pərviz Şahbazov: "Yunanıstana 8 ayda təxminən 700 milyon kubmetr Azərbaycan qazı nəql olunub" Energetika 19:20 Emin Mahmudov: "Lixtenşteyn oyunu öncəsi məsuliyyət var" Futbol 19:16 Karapetyanın silahdaşı Aleksanyan ev dustaqlığına buraxılıb Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə