Ağır məğlubiyyətdən sonra Poçettino: “Daha yaxşı oynayırdıq”

“Birliyimizi qorumalı və inkişaf etməyə çalışmalıyıq. Daha yaxşı olmaq məcburiyyətindəyik. Reallığımız budur. Heç bir bəhanəmiz yoxdur. Buraya gələndə də bunu bilirdik”.
Apasport.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino deyib.
Argentinalı mütəxəssis İngiltərə Premyer Liqasının XII turunda “Brentford”a 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib:
“Brentford”dan daha yaxşı oynayırdıq. İlk qolu buraxana qədər oyun bizim nəzarətimiz altında idi. Qoldan sonra işlər çətinləşdi. Hesabı bərabərləşdirməyə çalışarkən oyunumuza mənfi təsir göstərən bəzi qərarlar verməyə başladıq.
Azarkeşlərimizi anlayırıq. Hamımız bir olmalıyıq. Onların dəstəyinə ehtiyacımız var”.
Qeyd edək ki, “Mançester Yunayted”in Premyer Liqasında qələbəsiz oyunlar seriyası 10 matça çatıb.