Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 17° C USD - 1.700 EUR - 1.901 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir Futbol 05 oktyabr, 2026 14:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda oktyabrın 22–30-da keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri yüksək səviyyədə davam edir.
"Report" xəbər verir ki, yarış Prezident İlham Əliyevin "15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" Sərəncamına uyğun olaraq təşkil ediləcək.
Oyunların böyük əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində nəzərdə tutulan 1000-ə yaxın qarşılaşma məhz yeni inşa edilən kompleksdəki 10 futbol meydançasında təşkil olunacaq.
Dünyanın 190-a yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçunun, məşqçinin və rəsmilərin yarışda iştirakı planlaşdırılır.
Bir neçə gün öncə FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan Yarış Kompleksində hazırlıq işləri ilə yaxından tanış olub. Ali futbol qurumunun rəhbərinə təşkilati məsələlər, infrastruktur layihələri və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat təqdim edilib. C.İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı işləri və ölkənin turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Mötəbər turnirin açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında keçiriləcək.
Qeyd edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано В Баку продолжается подготовка к первому ЧМ по футболу U15 Preparations to host inaugural FIFA U15 World Cup and Festival continue in Baku USD - 1.700 EUR - 1.901 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 15:40 Yaponiyalı bacı-qardaş növbəti dəfə Bakıdakı dünya çempionatında finala yüksəliblər Fərdi 15:40 Amin Məmmədov: Ermənistanın dağ-mədən sənayesi bölgənin ekologiyasına təhdidlər yaradır Ekologiya 15:31 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutulub Hadisə 15:28 Brisben-2032 Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi loqoları ictimaiyyətə təqdim edilib İdman 15:27 Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək Biznes 15:26 Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib Elm və təhsil 15:22 SEPAH Hörmüz boğazında tankeri vuracağı ilə hədələyib Digər ölkələr 15:09 Foto Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb Digər 15:04 "International Leasing"in səhmlərinə 3 investor maraq göstərib Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.