İdman24
Digər · APA Sport

Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə (10 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 77 ölkədən 513 idmançı (305 kişi, 208 qadın) mübarizə aparacaq.

Yarış 28-30 avqust aralığında təşkil olunacaq.

Gültac Məmmədəliyeva – Madina Qurbonzoda (Tacikistan)

Leyla Əliyeva – Rin Takeuçi (Yaponiya)

Südabə Ağayeva – Luana Karvalyo (Braziliya)

Madina Kaisinova – Elis Startseva (Rusiya)

Əhməd Yusifov – David Naci (Macarıstan) / Loiq Kudbudinov (Tacikistan) cütünün qalibi ilə

Turan Bayramov – Lenni Şeynfeld (ABŞ)

Ruslan Paşayev – Suxrob Boqiyev (Bəhreyn)

Kamran Süleymanov – Otari Kvantidze (Portuqaliya)

Rəşid Məmmədəliyev – Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi ilə

Vüsal Qələndərzadə – Qacidavud Qasanov (Bəhreyn)

Ömər Rəcəbli – Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi ilə

Vüqar Talıbov – Akaki Çaparidze (Gürcüstan)

Kənan Nəsibov – Yakov Xammo (Ukrayna)

Uşanqi Kokauri – Fransisko Solis (Çili) / Maqomedomar Maqomedomarov (BƏƏ) cütünün qalibi ilə

Orijinal mənbə

İdman24 əsas səhifə