İdman24
Döyüş İdmanı · APA Sport

UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşüblər

UFC-nin Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunub.

"Apasport"un əməkdaşının məlumatına görə, tədbir Dənizkənarı Milli Parkda baş tutub.

"UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - Rafael Fiziyev və Manuel Torres, ikinci əsas qarşılaşmanın iştirakçısı Şarabutdin Maqomedov və Nazim Sadıxovla Fərman Həsənov iştirak ediblər.

Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirib, daha sonra azarkeşlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə