Formula 1 · F-1.az
Azərbaycan-2026: Ferstappen üçüncü sərbəst yürüşdə hamıdan sürətli olub

Proqnozda da vəd olunduğu kimi, cümə günü istilər bir qədər səngiyib, amma külək güclənib - bir hissədə əks külək, digərlərində arxa külək, bəzi yerlərdə isə yan külək olub. Külək payız yarpaqlarını sovuraraq trasın üzərini qum və toz qatı ilə örtüb. Sürücülər yeni şəraitə uyğunlaşmalı olublar - həm də gecə saatlarında döşənmiş yeddinci döngədəki yeni asfalta.