Futbol · APA Sport
İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi

İngiltərə millisinin heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, Deklan Rays (“Arsenal”), Koul Palmer (“Çelsi”), Markus Reşford (“Mançester Yunayted”), Tino Livramento (“Nyukasl”) və Kobbi Maynu (“Mançester Yunayted”) zədə səbəbindən yığmanın düşərgəsini tərk ediblər.
Onların hamısının müxtəlif zədələr səbəbindən qarşıdakı oyunlarda iştirak edə bilməyəcəyi bildirilib.
Bu futbolçuların əvəzinə “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt və “Everton”un futbolçusu Ceyms Qarner milliyə dəvət olunub.