İdman24
Futbol · APA Sport

FIFA prezidentliyinə ilk yapon namizəd

FIFA prezidentliyinə namizədlərin irəli sürülməsi prosesi davam edərkən Yaponiya Futbol Federasiyasının fəxri prezidenti Kozo Taşimadan mühüm addım gəlib.

Apasport.az xəbər verir ki, o, beş milli futbol federasiyasının dəstəyini alaraq 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçiriləcək FIFA-nın 77-ci Konqresindəki prezident seçkisi üçün rəsmi müraciətini təqdim edib.

Yaponiya Futbol Federasiyasının açıqlamasında namizədlik müraciətinin noyabrın 17-də FIFA-ya göndərildiyi bildirilib.

Qeyd edək ki, Yaponiya millisində futbolçu kimi çıxış edən, daha sonra aşağı yaş qruplarında məşqçi kimi çalışan Tashima FIFA prezidentliyinə namizədliyini irəli sürən ilk yaponiyalıdır. Təcrübəli futbol funksioneri 2015-ci ildən FIFA Şurasının üzvüdür.

Orijinal mənbə

İdman24 əsas səhifə