Digər · APA Sport
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib

Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Su İdmanı Federasiyası açıqlayıb.
8 Noyabr - Zəfər Gününə həsr olunmuş turnirdə 20-dən çox idmançı 4 kateqoriya üzrə mübarizə aparıb.
İştirakçılar optimist yeniyetmələr (Junior), optimist ümumi kateqoriya, optimist qızlar və ILCA 4 sinifləri üzrə qalibləri müəyyənləşdiriblər.
Mükafatçılara diplomlar təqdim edilib.
Yelkən idmanı üzrə Zəfər Kuboku keçirilib