"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 25° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir İnfrastruktur 19 sentyabr, 2026 14:09 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilməsi nəzərdə tutulur.
Bu barədə "Report" a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Belə ki, 19 sentyabr saat 21:00-dan 21 sentyabr saat 00:00-dək 13 marşrutun hərəkət sxemi dəyişdirilir:
1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;
125 nömrəli marşrut Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək;
M9 nömrəli ekspres marşrutun "Həzi Aslanov" m/st. istiqamətində hərəkəti Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz sxemi üzrə təmin ediləcək.
21-26 sentyabr tarixlərində 26 marşrutun hərəkət sxemi dəyişdirilir:
1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək;
20, 88A və 120E nömrəli marşrutların mərkəz istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil ediləcək;
M9 nömrəli marşrutun "Elmlər Akademiyası" m/st. istiqamətində hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;
5 nömrəli marşrut iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov" m/st. – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək;
6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" m/st. – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək;
61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;
65 nömrəli marşrutun "İçərişəhər" m/st. istiqamətində hərəkəti Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;
88 nömrəli marşrutun "28 May" m/st. istiqamətində hərəkəti Azadlıq prospekti və Füzuli küçəsi (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;
10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutların "İçərişəhər" m/st. istiqamətində hərəkəti Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;
125 nömrəli marşrutun "28 May" m/st. istiqamətində hərəkəti Lökbatan dairəsi – İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi (son dayanacaq məntəqəsi) üzrə təşkil ediləcək;
149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək;
195E nömrəli marşrut Ələt qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək.
72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Elşən Aydınov Sosial şəbəkələrdə paylaşın Скопировано AYNA объявило об изменениях в движении автобусов во время "Формулы 1" USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 16:14 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Futbol 16:10 Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb Sənaye 15:55 "Sabah" basketbol komandası yoxlama oyununda "Ordu"ya qalib gəlib Komanda 15:48 Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər Digər ölkələr 15:47 Ər-Riyad hava limanı yaxınlığında alov və qara tüstü görünüb Digər ölkələr 15:46 Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb Sənaye 15:44 Foto "Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi göstərilib Elm və təhsil 15:37 Əhməd Ağaoğlu: Adını daşıdığım ulu babam Türkiyənin quruculuğu üçün yaşamış aydın bir insan olub Xarici siyasət 15:32 Rusiyanın İrkutsk vilayəti ayılara görə yüksək hazırlıq rejiminə keçib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.