İdman24
Futbol · APA Sport

Macarıstanlı müdafiəçi "Qarabağ"da - RƏSMİ

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.

Apasport.az xəbər verir ki, Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi Ağdam təmsilçisinə transfer olunub.

Bu barədə "köhlən atlar"ın mətbuat xidməti məlumat yayıb.

Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandamızın formasını geyinəcək.

MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.

Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində komandamızın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.

Orijinal mənbə

İdman24 əsas səhifə