İdman24
Futbol · Report İdman

Ağadadaş Salyanski: "U-21 millisindəki nəticəmiz həmişə yadımızda qalacaq"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Ağadadaş Salyanski: "U-21 millisindəki nəticəmiz həmişə yaddaşlarda qalacaq" Futbol 07 oktyabr, 2026 14:41 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki nəticəsi yaddaşlarda qalacaq.

Bu barədə "Report" a komandanın üzvü Ağadadaş Salyanski açıqlama verib.

Hücumçu turnirlə bağlı təəssüratlarını bölüşüb:

"Çox maraqlı, gərgin matçlar keçirdik. Qrupda güclü rəqiblər olduğunu bilirdik. Buna baxmayaraq, öz oyunumuzu oynayıb maksimum nəticə qazanmaq istəyirdik. Şükürlər olsun ki, bunu edə bildik. U-21 millimizin tarixində ən çox xal 9 olub. Biz dünən bu rekordu yenilədik. Ümumilikdə 10 xal topladıq. Çox qürurverici, gözəl hisslərdir. Gələcəkdə həmişə yadımızda qalacaq bir tarixdir".

O, Bakıda Cəbəllütariqi 3 cavabsız qolla üstələdikləri seçmə mərhələnin son matçı haqqında da danışıb:

"Dünənki qarşılaşmadan əvvəl 7 xalımız var idi və bu da sonuncu oyun idi. Mütləq şəkildə qələbə qazanmalı idik. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna eyni cür hazırlaşırıq, heç bir rəqibdən çəkinmirik. Şükürlər olsun ki, dünən qələbə qazandıq və dediyim kimi, tarixə imza atdıq. Çox sevincliyəm. Dünənki oyunda qələbədə qol payım oldu, amma bu, təkcə mənim zəhmətim deyil. Burada bütün oyunçuların, məşqçilər heyətinin zəhməti var. Çünki biz həmişə bir olmuşuq. Komandada birlik olanda, gözəl nəticələr qazanılır. Biz də buna nail olduq".

Xatırladaq ki, Ağadadaş Salyanski Cəbəllütariqlə oyunda dubl edib. U-21 altı komandanın olduğu B qrupunda 10 xalla beşinci yeri tutub.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif İdman Şöbəsi Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 15:38 Foto Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edib Daxili siyasət 15:37 Səfir: Hazırda Litvada 400 azərbaycanlı təhsil alır Xarici siyasət 15:37 Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib Xarici siyasət 15:35 Ermənistan parlamentində davaya görə 6 deputat köməkçisinə giriş qadağası qoyulub Region 15:31 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Xarici siyasət 15:30 İraq milli valyutasını ABŞ dollarına nisbətdə 13 % devalvasiya edib Digər ölkələr 15:27 Dünya çempionatı: Zelim Tçkayev finala vəsiqə qazanıb - YENİLƏNİB-3 Fərdi 15:24 Qubada iki avtomobil toqquşub, ölən var Hadisə 15:23 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə