İdman24
Digər · APA Sport

Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü

“Qalatasaray” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama matçı keçirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə “Pendikspor”la qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb.

“Qalatasaray” ilk hissədə qapısında üç cavabsız qol görüb və fasiləyə 0:3 hesabı ilə geridə yollanıb.

Okan Burukun komandası ikinci hissədə geridönüş etməyi bacarıb. “Sarı-qırmızılar”ın qollarını Arda Ünyay, Abdullah Kolazlı və Kaan Ayhan vurublar.

Qeyd edək ki, İstanbul klubu milli fasilədən sonra Türkiyə Super Liqasında “Kasımpaşa” ilə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə