İdman24
Futbol · Report İdman

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb Xarici siyasət 29 oktyabr, 2026 20:31 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar, Sülh və Təhlükəsizlik: İcra vasitəsilə vədin yerinə yetirilməsi" mövzusundakı açıq debatda səsləndirib.

"Təəssüf ki, silahlı münaqişələr bütün dünyada qadınlar və uşaqlara qeyri-mütənasib şəkildə təsir göstərməkdə davam edir. Beynəlxalq öhdəliklərə əməl olunmaması, həmçinin beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasına görə məsuliyyətsizlik fonunda geniş yayılmış pozuntular davam edir", - o bildirib.

N. Bağırova xatırladıb ki, silahlı münaqişələrin humanitar nəticələri, Təhlükəsizlik Şurasının 2474 (2019) saylı qətnaməsində qəbul edildiyi kimi, zərərçəkmiş əhalinin, o cümlədən qadın və qızların ehtiyaclarının, üzləşdikləri çağırışların həll edilməsi vaxtında və adekvat beynəlxalq dəstək tələb edir:

"Onilliklər boyu davam edən münaqişənin başa çatmasına və regionda sülh gündəliyinin irəli aparılmasında əldə edilən irəliləyişə baxmayaraq, keçmiş silahlı münaqişə ilə əlaqədar itkin düşmüş minlərlə azərbaycanlının taleyi və harada olması hələ də aktual humanitar narahatlıq mənbəyi olaraq qalmaqdadır.

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və bu xüsusda əlaqədar beynəlxalq səylərin irəli aparılması Azərbaycan üçün son dərəcə mühüm əhəmiyyət kəsb etməkdə davam edir.

Münaqişədən sonrakı dövrdə Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli qayıdış hüquqlarını həyata keçirə bilmələri üçün genişmiqyaslı bərpa və yenidənqurma işləri reallaşdırıb. Böyük Qayıdış Proqramı çərçivəsində qadınların və qızların səlahiyyətlərinin artırılması və onların bərpa prosesində əhəmiyyətli iştirakının təmin edilməsi üçün xüsusi tədbirlər tətbiq edilib.

Lakin bu səylər minalar və müharibənin digər partlayıcı qalıqlarının yaratdığı davamlı təhlükə səbəbindən hələ də ciddi şəkildə əngəllənməkdədir. 2020-ci ilin noyabr ayından etibarən, qadınlar və uşaqlar da daxil olmaqla, 443 nəfər mina hadisələrinin qurbanı olub və bu rəqəmlər artmaqda davam edir. Bu ağır vəziyyət milli humanitar minatəmizləmə potensialının gücləndirilməsi və minatəmizləmə səylərinin dəstəklənməsi üçün adekvat beynəlxalq yardıma təcili ehtiyac olduğunu vurğulayır.

Bu çətinliklərə baxmayaraq, hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində təxminən 96,000 nəfər artıq geri qayıdıb və hazırda yenidən qurulan şəhər, qəsəbə, kəndlərdə yaşayır və işləyir".

During the Security Council open debate on “Women, peace and security in the next quarter-century: fulfilling the promise through implementation,” held on 27 October 2026, #Azerbaijan underscored the importance of continuing to advance the empowerment of women and girls in post-conflict settings. In this context, Azerbaijan also stressed the need to clarify the fate of missing persons and strengthen international support for humanitarian demining to ensure safe and dignified returns. #WPS #WomenPeaceSecurity

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Anar Rəhimov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Азербайджан выступил с заявлением в ООН по поводу пропавших без вести в ходе I Карабахской войны Azerbaijan raises missing persons issue at UN Security Council debate --> --> --> --> --> USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 17° C Son xəbərlər 21:35 Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb Mədəniyyət 21:31 Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb Mədəniyyət siyasəti 21:31 "Google"un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib İKT 21:26 İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib Region 21:20 Trampla Ərdoğan arasında telefon danışığı olub Region 21:15 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib Hadisə 21:14 Bosniya və Herseqovinada Aİ-nin helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb Digər ölkələr 21:07 Ursula fon der Lyayen Kanadaya Aİ-də xüsusi status verilməsini təklif edib Digər ölkələr 21:03 Foto İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə