Digər · APA Sport
Mbappedən “Qızıl top” açıqlaması – “Səsimi özümə verərdim”

Kilian Mbappe “Qızıl top” mükafatı ilə bağlı iddialı açıqlama verib.
Apasport.az xəbər verir ki, Fransa millisinin və “Real”ın hücumçusu bu barədə “L’Équipe” nəşrinə danışıb.
Mbappe mükafat üçün səsvermə hüququ olsaydı, özünə səs verəcəyini bildirib:
“Kimə səs verərdim? Özümə. Bu, fərdi mükafatdır. Burada futbolçunun fərdi olaraq nə etdiyinə baxılır. Arqumentlərə nəzər salanda düşünürəm ki, qalib gəlsəm, bu, haqsız seçim olmazdı”.
Qeyd edək ki, Mbappe 2025/26 mövsümündə “Real”ın heyətində bütün turnirlər üzrə 44 oyunda 42 qol vurub. O, La Liqada 25, Çempionlar Liqasında isə 15 qolla bombardir olub.