Digər · APA Sport
Millimiz Qazaxıstanla qarşılaşacaq

Bu gün Azərbaycanın çimərlik futbolu üzrə millisi növbəti yoldaşlıq oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, yığmamız Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan millisi ilə üz-üzə gələcək.
Görüş Su İdmanı Sarayının çimərlik futbolu meydançasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, bu matç hər iki komanda üçün qarşıdakı rəsmi turnirlərə hazırlıq xarakteri daşıyır.