İdman24
Digər · Report İdman

Amerikalı ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə dair kitabı təqdim olunub

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunan kitabı təqdim edilib Daxili siyasət 03 noyabr, 2026 13:34 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Baku Book Center"də bu gün "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, müəlliflər - Liam Kollinz (Liam Collins) və Con Spenser (John Spencer) kitabın hazırlanma prosesi, tədqiqatların əsas istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş kitab təxminən iki il ərzində hazırlanıb.

Nəşr Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunmuş ilk xarici genişmiqyaslı sistemli hərbi tədqiqatlardan biridir. Hərbi tədqiqatlar sahəsində ixtisaslaşan Uest-Poynt Hərbi Akademiyası mütəxəssislərinin tədqiqatda iştirakı işin elmi və analitik əhəmiyyətini daha da artırır.

Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri və Birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və sonrakı hərbi-siyasi proseslərlə bitən geniş bir tarixi dövr əhatə olunur. Kitabın ayrı-ayrı bölmələrində Azərbaycanın irimiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), "Dəmir yumruq" əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Azərbaycan Ordusunun Hadrut, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərindəki hərbi əməliyyatları, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri təhlil edilib.

Kitabın ən diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə bağlı olduğu barədə geniş yayılmış fikrin tənqidi təhlilidir.

Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi - milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.

Əsərdə Azərbaycanın hərbi uğurunun əsas səbəblərindən biri kimi "müasir döyüş sistemlərinin tətbiqi" konsepsiyasının dərindən mənimsənilməsi göstərilib. Bu konsepsiya qüvvələrin səpələnməsi, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadə, düşmənin atəş vasitələrinin susdurulması və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsini özündə ehtiva edir.

Tədqiqat təxminən 100 hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bununla yanaşı, müəlliflər əsas döyüşlərin getdiyi ərazilərə səfər edərək orada yerində tədqiqatlar aparıblar.

Müəlliflərin gəldiyi əsas nəticə ondan ibarətdir ki, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Belə bir qələbənin əldə edilməsinin arxasında milli güc, ardıcıl dövlət və ordu quruculuğu siyasəti, iqtisadi potensial, səmərəli kommunikasiya strategiyası, həmçinin ideoloji iş kimi mühüm amillər dayanır.

Kitabda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin döyüş əməliyyatlarının strateji idarə olunmasındakı rolu, ölkə daxilində və beynəlxalq arenada fəal kommunikasiya fəaliyyəti, həmçinin dezinformasiya ilə mübarizə xüsusilə vurğulanıb.

Qeyd edək ki, kitab hələ işıq üzü görməzdən əvvəl müəlliflər 44 günlük müharibə zamanı Hadrut və Şuşa şəhərləri uğrunda döyüşlərin gedişatına dair ətraflı tədqiqatlar aparıb və bu mövzuda məqalələr dərc etdiriblər.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Nəzrin Babayeva Foto Samirə Həsənova Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto В Баку презентовали книгу военных экспертов из США о победе Азербайджана в 44-дневной войне Foto US military experts present book on Azerbaijan's victory in 44-day war --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 20° C Son xəbərlər 15:36 Elizar Ağayev: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb Sosial müdafiə 15:34 ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb İnfrastruktur 15:34 Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil Analitika 15:29 Foto Video Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər Hərbi 15:24 Əli Kərimli və müavininin məhkəməsi başlayıb Hadisə 15:23 Qətər ABŞ və İran arasında vasitəçiliyi davam etdirir Digər ölkələr 15:22 Nigeriyada polis maşınlarına hücum zamanı 8 nəfər ölüb Digər ölkələr 15:21 Xocalı sakini: Şəxsi təsərrüfatımızı qurmaq üçün bizə 21 baş qoyun verilib Sosial müdafiə 15:15 Foto Video Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə