İdman24
Digər · APA Sport

Uruqvayda yeni baş məşqçi: Dieqo Forlan millidə

Uruqvay millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Uruqvay Futbol Assosiasiyası Marselo Bielsanın istefasından sonra Dieqo Forlanı əsas yığmanın baş məşqçisi təyin edib.

46 yaşlı mütəxəssis eyni zamanda Uruqvayın U-20 millisində də fəaliyyətini davam etdirəcək.

O, hər iki komandaya 2027-ci ilin mart ayınadək rəhbərlik edəcək.

Qeyd edək ki, Dieqo Forlan futbolçu karyerasında "Mançester Yunayted", "Vilyarreal", "Atletiko", "İnter" və "Penyarol" kimi klubların formasını geyinib.

O, 2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu seçilmişdi.

Orijinal mənbə

İdman24 əsas səhifə