Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Qarabağ 27 oktyabr, 2026 18:37 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.
Bu barədə "Report" a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbir İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Habelə sözügedən tədbir oktyabrın 28-də Bakı şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məqsədi daşıyır.
Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan iclasda Qətər Dövlətinin nümayəndəsi, əvvəlki hazırlıq görüşünə sədrlik etmiş tərəfin təmsilçisi, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov və İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini çıxış ediblər.
İƏT-ə üzv dövlətlər tərəfindən Katibliyə təqdim edilmiş layihə və bəyanatların hazırlıq iclasında müzakirə olunaraq razılaşdırılması və qəbul edilmək üçün üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə təqdim edilməsi ilə əlaqədar olaraq, Qətər Dövlətinin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədova hazırlıq iclasına sədrlik etməsinin rəmzi ifadəsi təqdim edilib.
Heydər Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən institusional islahatların, müasir idarəetmə prinsiplərinin tətbiqinin və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsinin ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu bildirib.
Baş prokurorun müavini, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsinin və hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına və təşkilat çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini isə çıxışında üzv dövlətlər arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə ortaq yanaşmaların təşviqinin və müvafiq qurumlar arasında institusional əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O, beynəlxalq təcrübə mübadiləsinin, qabaqcıl metodların tətbiqinin və dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsinin bu sahədə səmərəli nəticələrin əldə olunmasına xidmət etdiyini qeyd edib.
İclasda müxtəlif üzv dövlətlərin nümayəndələri mövzu ilə bağlı çıxış edərək öz ölkələrinin təcrübəsini, mövcud yanaşmaları və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini bölüşüblər.
Belə ki, Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər, Qırğız Respublikası, Liviya, Livan, Sudan, İordaniya və digər iştirakçı dövlətlərin nümayəndə heyətləri sessiyanın yüksək səviyyədə təşkilinə görə öz təşəkkürlərini bildirib, həmçinin Nazirlər Görüşündə qəbul edilməsi nəzərdə tutulan qətnamə layihələri üzərində aparılan işləri yüksək qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığa sadiqliklərini ifadə ediblər.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səlcuq Elçin Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto В Баку состоялось заседание представителей государств-членов ОИС по борьбе с коррупцией --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 20:31 "VAM Caspian" BP ilə Xəzər dənizində qazma işlərinə dəstək üzrə xidmət müqaviləsini uzadıb Energetika 20:17 Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib Region 19:58 Foto Video İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3 Xarici siyasət 19:56 Foto Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb Daxili siyasət 19:50 Video Rəhim Həsənov Cavid Cəlilovun penalti qərarının yanlış olduğunu təsdiqləyib Futbol 19:48 Video Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb Daxili siyasət 19:35 Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib Digər ölkələr 19:35 Foto Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb Mədəniyyət siyasəti 19:33 Tusk: Ukrayna ilə bağlı üçtərəfli danışıqlar noyabrın 4-də BƏƏ-də keçiriləcək Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.