Emin Mustafayev: "50-60 dəqiqə oynadıqdan sonra gücümüz tükənir və böyük hesablar ortaya çıxır"

İlham Əliyev COP31 Azərbaycanın Milli Dirçəliş Günü Bakı 11° C USD - 1.700 EUR - 1.871 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev COP31 Azərbaycanın Milli Dirçəliş Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Emin Mustafayev: "50-60 dəqiqə oynadıqdan sonra gücümüz tükənir və böyük hesablar ortaya çıxır" Futbol 17 noyabr, 2026 15:13 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın U-17 millisinin beynəlxalq turnirlərdə böyük hesabla uduzmasının səbəbi 50-60 dəqiqədən sonra komandanın gücünün tükənməsidir.
Bunu "Report" a açıqlamasında komandanın baş məşqçisi Emin Mustafayev deyib.
Mütəxəssis fiziki hazırlığın və daxili çempionatdakı şəraitin oyunların gedişatına təsir etdiyini bildirib:
"Futbolçularımız bu cür rəqibləri yalnız beynəlxalq turnirlərdə görürlər. Nə milli, nə də klub səviyyəsində belə komandalarla qarşılaşmaq imkanımız var. Fiziki hazırlığımız da buna təsir edən amillərdəndir. Bir hissə və yaxud 50-60 dəqiqə oynadıqdan sonra gücümüz tükənir, nəticədə böyük hesablar ortaya çıxır. Bunun səbəblərindən biri uşaqların çıxış etdiyi daxili birinciliyin səviyyəsidir. Oradakı temp və meydançalar qitə turnirinin seçmə mərhələsindəki rəqiblərlə müqayisədə tam fərqlidir".
Baş məşqçi komandanı psixoloji cəhətdən toparlamağa çalışdıqlarını və Litva ilə görüşdə qələbə hədəflədiklərini diqqətə çatdırıb:
"Uşaqları psixoloji cəhətdən hazırlamaq çox çətindir. Amma mümkün qədər onları hər bir matça qalib, mübariz, döyüşkən və özünəinamlı ruhda kökləməyə çalışırıq. Güclü komandaların futbolundan misallar gətirərək yetirmələrimizə izah edirik ki, əsla həvəsdən düşmək olmaz, mübarizəni davam etdirməliyik. Bugünkü qarşılaşmada da həm ilk üç xalımızı qazanmağa, həm də daha əzmkar çıxış etməyə səy göstərəcəyik. Edmond Klaus AFFA-nın Texniki Departamentinə rəhbər təyin edildikdən sonra hesabdan və nəticədən asılı olmayaraq, bütün görüşlərə qələbə və hücum futbolu oynamaq üçün çıxırıq. Bu matç da istisna deyil, bütün planlarımızı qələbə üzərində qurmuşuq".
O, fərdi səhvlərin komandaya baha başa gəldiyini və seçmə mərhələdən əvvəl geniş seleksiya aparıldığını söyləyib:
"İrlandiya yığması ilə görüşdə, xüsusilə birinci hissədə həddindən artıq yaxşı oynadıq, sadəcə qol çatmadı. Lakin oyunçuların fərdi texniki-taktiki səhvləri ucbatından gərəksiz yerə toplar buraxırıq və psixoloji cəhətdən oyundan "qopuruq". Seçmə mərhələlər üçün təxminən bir ay əvvəl Klausun rəhbərliyi ilə geniş seleksiya keçirdik. Həmin prosesdə digər yığmalarımızın məşqçiləri, Klausun məsləhətçisi Arif Əsədov, veteran futbolçular Yaşar Vahabzadə, Bəxtiyar Musayev və köməkçiləri, eləcə də skaut bölmələri iştirak etdilər. Azərbaycan daxilindəki bütün klublarda çıxış edən gəncləri görmək imkanı əldə etdik və düşünürəm ki, ən yaxşılarını heyətə cəlb etmişik. Bir nüans da var ki, futbolçularımız ilk növbədə öz komandalarında beynəlxalq təcrübəni daha çox yaşamalıdırlar. Çünki millidə o qədər də vaxtımız olmur, 3-5 gün məşq etdikdən sonra beynəlxalq qarşılaşmaya çıxırıq. Buna görə də oyunçular klublardan daha hazırlıqlı gəlməlidirlər ki, biz də yığmada yaxşı iş görə bilək".
Qeyd edək ki, U-17 Avropa çempionatının I seçmə mərhələsində keçirdiyi ilk iki oyunda Şimali İrlandiyaya 0:4, Almaniya millisinə isə 0:7 hesabı ilə məğlub olub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.871 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 11° C Son xəbərlər 21:30 Türkiyədə fond araşdırmaları: 75 nəfərdən 40,4 milyard lirə geri alınıb Region 21:23 Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib Region 21:12 Samuxda ölümlə nəticələnən yol qəzasının təfərrüatı məlum olub – Yenilənib Hadisə 21:00 Salyanda avtomobil piyadanı vuraraq öldürüb Hadisə 20:57 Azərbaycanın U-20 yığması İraq seçməsi ilə bərabərə qalıb Futbol 20:53 Azərbaycanın U-19 millisi Farer adalarına qalib gəlib Futbol 20:50 CNN: ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb Digər ölkələr 20:45 Vuçiç Serbiyada dövlət çevrilişinin planlaşdırılması ilə bağlı iddiaları təkzib edib Digər ölkələr 20:26 Foto Azərbaycanın aqrar sektora dair hazırladığı sənəd ABŞ-yə təqdim olunub İqtisadiyyat Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.