Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 16° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib Fərdi 02 noyabr, 2026 09:27 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF)və Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində Akademiyanın tələbələri üçün maarifləndirici və idman tədbirləri keçirilib.
Bu barədə "Report" a AzVİF-in mətbuat xidmətindən bildirilib.
Gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və təhlükəsiz idman mühitinin formalaşdırılması məqsədi daşıyan tədbirdə çıxış edən federasiyanın baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin gənclərin idmana cəlb olunması, onların idman infrastrukturu ilə tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, AzVİF-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.
Daha sonra AzVİF-in "Təhlükəsiz İdman" üzrə məsul şəxsi Vüsal Baloğlanov tərəfindən tələbələr üçün velosiped idmanında beynəlxalq "Təhlükəsiz İdman" çərçivəsinə həsr olunmuş maarifləndirici təlim keçirilib. Təlim zamanı idmançıların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin təmin edilməsi və idmanda davranış qaydaları barədə məlumat verilib.
Proqram çərçivəsində təşkil olunan infotur zamanı tələbələr Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbirin idman hissəsində veloyürüş təşkil edilib və iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin, federasiya ilə səmərəli əməkdaşlığa və tədbirin təşkilinə verdiyi töhfəyə görə Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə AzVİF tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 09:35 "Kristal Bakı" maliyyə vəziyyətini açıqlayıb Maliyyə 09:27 Foto Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib Fərdi 09:26 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Media 09:25 EBRD Azərbaycandakı riteylerin investisiya proqramını dəstəkləməyi planlaşdırır Maliyyə 09:15 FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib Hadisə 09:05 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.11.2026) Maliyyə 09:03 Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir Futbol 08:57 Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib Digər ölkələr 08:42 Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.