İdman24
Futbol · Report İdman

"Barselona" Hans Diter-Flikin rəhbərliyi altında tarixinin ən yaxşı mövsüm startını gerçəkləşdirib

İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 26° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Barselona" Hans Diter-Flikin rəhbərliyi altında tarixinin ən yaxşı mövsüm startını gerçəkləşdirib Futbol 21 sentyabr, 2026 14:52 "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Barselona" komandası baş məşqçi Hans Diter-Flikin rəhbərliyi altında vurulan qolların sayına görə klub tarixinin ən yaxşı mövsüm startına imza atıb.

"Report" İspaniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubu 2026/2027 mövsümünün ilk 8 rəsmi matçının hamısında qələbə qazanaraq rəqib qapılarına 36 qol vurub.

Bu, "Barselona"nın son 90 ildə, yəni 1935/1936 mövsümündən bəri ilk 8 qarşılaşmada ən yüksək məhsuldarlıq göstəricisidir. Komanda İspaniya çempionatının ilk 7 turunda 31 dəfə fərqlənib. Bu, klub tarixində analoji dövr üçün rekorddur. Ölkə çempionatları tarixində bundan daha yaxşı göstəriciyə yalnız 1940/1941 mövsümünün ilk 7 matçında 40 qol vuran "Sevilla" sahibdir.

Almaniyalı mütəxəssisin baş məşqçi postuna gəlişindən (2024/2025 mövsümü) bəri "Barselona" keçirdiyi 125 rəsmi matçda 354 qol vurub. Bu da orta hesabla hər oyuna 2,83 qol deməkdir. Flik bu göstərici ilə klub tarixində 125 və ya daha çox oyuna çıxan mütəxəssislər arasında dördüncü pillədə qərarlaşıb. Onu yalnız Helenio Errera (2,89), Luis Enrike (2,87) və Ferdinand Dauçik (2,86) qabaqlayır. Flik bu göstəricidə Xosep Qvardiola (2,43) və Ernesto Valverdeni (2,32) üstələyib.

Kataloniya təmsilçisi almaniyalı mütəxəssisin rəhbərliyi altında 22 matçda rəqib qapısına 5 və ya daha çox qol vurmağı bacarıb. Sonuncu belə hal La Liqanın VI turunda "Rasinq"lə oyunda (7:2) qeydə alınıb.

Qeyd edək ki, "Barselona" Flikin rəhbərliyi altında ölkə çempionatında ardıcıl 55, bütün turnirlərdə isə ardıcıl 53 matçda fərqlənib. 2024-cü ilin dekabrından 2025-ci ilin noyabrınadək gerçəkləşən 53 matçlıq qol seriyası klub tarixinin rekordudur.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 26° C Son xəbərlər 16:46 Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər Komanda 16:44 Azərbaycan Çexiyaya neft satışından qazancını 9 % artırıb Energetika 16:40 Sabah Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq Energetika 16:40 Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər İnfrastruktur 16:31 Xamis Seyranov: "Dövlət etalonlarımız Beynəlxalq Büroda pulsuz kalibrlənəcək" - MÜSAHİBƏ Biznes 16:29 FIFA U-15 üzrə ilk dünya çempionatı ilə əlaqədar Azərbaycana gələnlər üçün viza proseduru sadələşdirilib Xarici siyasət 16:27 Foto AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib Fərdi 16:25 Uğur Özdemir "Sumqayıt" basketbol komandasının baş məşqçisi təyin olunub Komanda 16:20 Tramp saxta xəbərləri ölkəsinin milli təhlükəsizliyinə təhlükə adlandırıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə