İdman24
Futbol · APA Sport

Rusiya millisi DÇ-yə buraxıldı: Bayraq və himnə icazə

Rusiyanın U-15 futbol millisi Azərbaycanda keçiriləcək dünya çempionatında iştirak edə biləcək.

Apasport.az xəbər verir ki, FİFA 2026-cı ildə təşkil olunacaq yeni U-15 turnirinə bütün üzv assosiasiyaların dəvət olunacağını açıqlayıb.

Qurumun qərarına əsasən, Rusiyanın oğlanlardan və qızlardan ibarət U-15 komandaları yarışda məhdudiyyətsiz çıxış edə biləcəklər. Komandalara turnirdə ölkə bayrağı və himni ilə iştirak etməyə icazə veriləcək.

FİFA Assosiasiyalar Şurası U-15 yaş kateqoriyası üzrə dünya çempionatı və festivalının Azərbaycanda keçirilməsini təsdiqləyib. İlk turnirdə 2026-cı ildə oğlanlardan ibarət komandalar, 2027-ci ildə isə qızlardan ibarət komandalar iştirak edəcəklər.

2028-ci ildən etibarən FİFA-ya üzv olan bütün assosiasiyalar oğlanlar və qızlar arasında ayrıca U-15 yarışlarına dəvət olunacaq.

Qeyd edək ki, Rusiya yığmaları 2022-ci ildən sonra FİFA və UEFA-nın əsas yarışlarından kənarda qalmışdı. 2023-cü ildə FİFA Rusiya U-17 komandalarının beynəlxalq turnirlərə yalnız neytral statusda, bayraqsız və himnsiz qayıtmasına icazə vermişdi.

Orijinal mənbə

İdman24 əsas səhifə