İdman24
Futbol · APA Sport

Premyer Liqada Qərb derbisi - YENİLƏNİR

Misli Premyer Liqasında XIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün Qərb derbisi baş tutacaq.

“Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Görüşü İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Tovuz təmsilçisi 24 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Ehtiyatda bir oyunu olan Gəncə klubu isə 18 xalla altıncı sırada yer alıb.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Anar Şixəliyev

Orijinal mənbə

İdman24 əsas səhifə