İdman24
Digər · APA Sport

Mahir Emrelidən məhsuldar ötürmə – “Rakuv”dan əzmkar qələbə

Polşa çempionatında XIII turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Poqon”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 5-ci dəqiqədə qonaqlar açıblar. Lakin “Rakuv” ikinci hissədə üç qol vuraraq əzmkar qələbə qazanıb.

Mahir Emreli də komandasının uğurunda pay sahibi olub. Azərbaycanlı hücumçu 47-ci dəqiqədə Patrik Makuçun vurduğu bərabərlik qolunun məhsuldar ötürməsini verib.

Start heyətində meydana çıxan Emreli 71-ci dəqiqədə əvəzlənib.

Orijinal mənbə

İdman24 əsas səhifə