İdman24
Digər · APA Sport

Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək

Azad agent statusunda olan Ceydon Sanço yeni klub axtarışını qışa qədər təxirə salıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı ingiltərəli futbolçu yayda “Mançester Yunayted”dən ayrıldıqdan sonra Avropa, Səudiyyə Ərəbistanı, MLS, Qətər və BƏƏ klubları ilə danışıqlar aparıb.

Lakin tərəflərdən heç biri ilə razılıq əldə olunmayıb.

Mənbənin məlumatına görə, Sanço uyğun təklif gəlməyəcəyi halda yanvar transfer pəncərəsinə qədər gözləməyə hazırdır.

İngiltərə millisinin sabiq vingerinin adı son günlər “Krasnodar”la da hallanıb. Vasitəçilər Rusiya klubu ilə əlaqə yaratsalar da, Sanço bu variantı ciddi şəkildə nəzərdən keçirməyib.

Qeyd edək ki, Sanço ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, yayda “Mançester Yunayted”lə müqaviləsinin başa çatmasından sonra azad agent olub.

Orijinal mənbə

İdman24 əsas səhifə