İdman24
Digər · APA Sport

“Parma”da ayrılıq – Karlos Kuesta ilə yollar ayrıldı

İtaliyanın “Parma” klubu baş məşqçisi Karlos Kuesta ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi ilə ispaniyalı mütəxəssis arasında idman layihəsinin gələcək inkişafı ilə bağlı aparılan müzakirələrdən sonra əməkdaşlığın davam etdirilməsi üçün lazımi şərtlərin olmadığı qənaətinə gəlinib. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

“Parma” yeni baş məşqçi təyin edilənədək komandanın məşqlərinin klubun texniki heyəti tərəfindən keçirilməsi barədə qərar verib.

Qeyd edək ki, 31 yaşlı Karlos Kuesta 2025-ci ilin yayında “Parma”nın baş məşqçisi təyin olunmuşdu. Komanda cari mövsümdə A Seriyasında keçirdiyi ilk 5 oyunda 4 xal toplayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə