İdman24
Futbol · APA Sport

“Beşiktaş”ın transfer hədəfləri bəlli olub

Türkiyənin “Beşiktaş” klubu qış transfer pəncərəsi üçün çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi əsas diqqəti yarımmüdafiə xəttinin gücləndirilməsinə yönəldib.

“Qartallar” yay transfer pəncərəsində də maraqlandığı İngiltərənin “Nyukasl” klubunun futbolçusu Co Uilloku yenidən heyətinə qatmaq istəyir.

“Beşiktaş” prezidenti Serdal Adalı bildirib ki, 27 yaşlı yarımmüdafiəçinin transferini baş məşqçi Vinçentso İtaliano xüsusilə istəyir. Adalının sözlərinə görə, İstanbul klubu yayda Uillokla bağlı intensiv danışıqlar aparıb.

Futbolçunun “Nyukasl”la müqaviləsinin mövsümün sonunda başa çatacağını vurğulayan klub prezidenti yanvar ayında transfer üçün yenidən hərəkətə keçəcəklərini bildirib.

“Beşiktaş”ın yarımmüdafiə üçün digər namizədi isə Şotlandiyanın “Reyncers” klubunda çıxış edən Nikolas Raskindir.

Qeyd edək ki, Co Uillok bu mövsüm “Nyukasl”ın heyətində Premyer Liqada 5 oyunda 2, İngiltərə Liqa Kubokunda isə 2 matçda 1 qol vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə