İdman24
Futbol · APA Sport

"Yuventus" və "Fənərbaxça"nın sabiq futbolçusu butslarını "mismardan asdı"

Çili millisinin sabiq üzvü Maurisio İsla futbolçu karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İsla karyerası ərzində “Yuventus”, “Fənərbaxça”, “Udineze”, “Marsel”, “Kalyari” və “Flamenqo” kimi klublarda çıxış edib.

Qeyd edək ki, Maurisio İsla Çili millisi ilə iki dəfə Amerika Kubokunun qızıl medallarına layiq görülüb. Veteran futbolçu üç dəfə İtaliya A Seriyasında, iki dəfə İtaliya Kubokunda, həmçinin Braziliya çempionatı və kubokunda qalib olub.

Orijinal mənbə

İdman24 əsas səhifə