Digər · APA Sport
Kevin Danso “Sanderlend”ə keçib

“Tottenhem”in müdafiəçisi Kevin Danso İngiltərədə klubunu dəyişib.
Apasport.az xəbər verir ki, o, “Sanderlend”ə keçib.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu 2026/27 mövsümünün sonunadək icarə əsasında “Sanderlend”də çıxış edəcək.
Qeyd edək ki, "Tottenhem" Avstriya millisinin üzvünü 2025-ci ildə "Lans"dan transfer edib.